13 avqust 2020 10:09
1650

Hüsülü kəndində tövlə və taya yandı

Ağcabədi rayonunun Hüsülü kəndində ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 16 ton ot bağlamasının 9 tonu yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.