11 avqust 2019 21:10
206

“Hyundai” şirkəti 400 mindən çox avtomobili geri çağırır

Koreya Respublikasının avtomobil istehsalçısı “Hyundai” Çin bazarında satdığı 400 min 377 avtomobili geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, buna səbəb həmin avtomobillərin aşağı temperatur şəraitində dayanmadan idarə olunarkən yağ səviyyəsinin yüksəlməsi və bunun da mühərrik nasazlığının indikator lampalarının işıqlanmasına, hətta mühərrikin zədələnməsinə gətirib çıxarması ehtimalıdır.

Avqustun 17-dən başlanacaq proses çərçivəsində 2015-2018-ci illərdə istehsal olunan “Tucson” modelli avtomobillər geri çağırılacaq. İstehsalçı şirkət nasaz detalları öz hesabına dəyişəcək.