18 may 2020 17:32
369

İbrahim Məmmədov: Şadlıq evlərinin açılması gündəmdə deyil

Şadlıq evlərinin yaxın müddət ərzində açılması gözlənilmir.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, iyun-iyul ayında toy olub-olmaması barədə indidən söz demək çətindir.

"Bugünkü statistikaya əsasən deyirik ki, şadlıq evlərinin açılması gündəmdə deyil. Lakin sabah vəziyyət necə dəyişəcəksə, ona uyğun da mütəxəsisslərlə qərar veriləcək".