24 yanvar 2021 12:21
733

İbrahimoviçdən Sapataya xatırlatma

Futbol üzrə İtaliya A Seriyasının XIX turunda "Milan"ın "Atalanta"ya 0:3 hesabı ilə uduzduğu ev oyunundan sonra maraqlı dialoq qeydə alınıb.

"İki sahil" xəbər verir ki, Zlatan İbrahimoviç qonaq komandanın forvardı Duvan Sapataya, "Karyerandakı oyun sayından çox qol vurmuşam" deyib. Kolumbiyalı hücumçu bu sözləri gülüşlə qarşılayaraq, isveçli forvarddan uzaqlaşıb.