08 yanvar 2020 17:27
412

İcbari Sığorta Bürosu zərərlə işləyir

İcbari Sığorta Bürosu (İSB) 2018-ci ili 3,067 milyon manat zərərlə başa vurub. Halbuki, Büro 2017-ci ildən 546 min manat mənfəətlə çıxmışdı. 

Bu barədə qurumun maliyyə hesabatında bildirilib. 

Sənədə əsasən, 2018-ci ildə İSB-nin təqdim haqlarından gəliri 7,893 milyon manat (2017-ci ilə nisbətən 4,2 faiz çox), kompensasiya xərci 644 min manat (20,6 faiz az), kompensasiya üçün ehtiyatdakı dəyişiklikdən zərəri 3,955 milyon manat (əvvəlki il gəlir olub), xalis maliyyə gəliri 996 min manat (10,75 faiz az), xarici valyuta mübadiləsi üzrə zərəri 434 min manat (əvvəlki il gəlir olub), sair gəliri 39 min manat (67,8 faiz az), müddətli depozitlərin dəyərsizləşməsi üzrə gəliri 2,068 milyon manat (əvvəlki il zərər olub), qeyri-maddi aktivlərin dəyişməsi üzrə zərəri 531 min manat (29,2 faiz az), ümumi və inzibati xərcləri 2,555 milyon manat (6,2 faiz az), ağır şərtli müqavilələr üzrə ehtiyatdakı dəyişikliklərdən zərəri 468 min manat (63,1 faiz az), mənfəət vergisi ödəmələri isə 5 476 milyon manat (əvvəlki il olmayıb) təşkil edib. 

2019-cu il yanvarın 1-nə İSB-nin aktivləri 36,464 milyon manat olub ki, bu da illik müqayisədə 1,1 faiz çoxdur. Bunun 10,254 milyon manatı müddətli depozitlər (1 il əvvələ nisbətən 30,9 faiz çox), 10,779 milyon manatı isə investisiya qiymətli kağızlarıdır (98,25 faiz çox). 

Hesabat dövründə Büronun öhdəlikləri 45,8 faiz artaraq 11,025 milyon manata çatıb, balans kapitalı isə 10,8 faiz azalaraq isə 25,439 milyon manata düşüb. //Report