05 noyabr 2019 15:19
82

İker Kasilyas məşqlərə start verib

Cari ilin mayında infarkt keçirən Portuqaliyanın “Portu” futbol klubunun qapıçısı İker Kasilyas yaşıl meydanda məşqlərə start verib.

38 yaşlı ispaniyalı qolkiper 20-25 dəqiqə fərdi qaydada məşq edib.

Qeyd edək ki, 2015-ci ilin yay transfer pəncərəsində “Real Madrid” klubundan “Portu”ya transfer olunan Kasilyas Portuqaliya klubunda 156 oyun keçirib. Onun klubu ilə birillik müqaviləsi var.