14 yanvar 2020 10:26
162

İki jurnalist səhv məlumat yaydıqları üçün həbs edilib

Monteneqroda iki jurnalist ölkədə bomba partlayışı barədə yanlış informasiya yaydıqları üçün həbs olunublar. Onlardan biri, bir neçə saata buraxılsa da, digəri hələ də nəzarətdədir.

Jurnalistlərin yaydığı məlumatda dövlətə məxsus binaların birində bomba partlaması barədə informasiya əks olunub. Sözügedən binanın ölkədə rəsmi tədbirlər üçün istifadə olunduğu bildirilir.

Hadisədən sonra polis açıqlama verərək söyləyib ki, partlayışa səbəb əslində elektrik avadanlığındakı nasazlıq olub.

Hökumət rəsmiləri də məsələyə münasibət bildirərək həbsin söz azadlığı və jurnalist toxunulmazlığına xələl gətirmədiyini, sadəcə ölkədə ajiotaj yaratdığı üçün həyata keçirildiyini deyiblər. //AZƏRTAC