07 aprel 2020 12:12
1163

İki ömürlük məhkum azadlığa çıxdı

"Əfv sərəncamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş 2 nəfər azadlığa çıxıb".

Bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən biri 20 il, digəri isə 25 il cəza çəkib: "Bundan başqa, 2 nəfər Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb". //Azvision.az