Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “İki sahil” qəzetinin yaranmasının 29-cu ildönümü ilə bağlı baş redaktor Vüqar Rəhimzadəyə təbrik ünvanlayıb. Təbrikdə deyilir:
Hörmətli Vüqar müəllim,
Sizi və rəhbərlik etdiyiniz kollektivi müasir ölkə mətbuatının yaranması, eləcə də formalaşmasında öz yeri və rolu olan “İki sahil” qəzetinin nəşrə başlamasının 29-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin kollektivi və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Hər birinizə üzun ömür, möhkəm cansağlığı və yaradıcılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.