15 avqust 2019 14:38
185

İki təyyarə Varşava aeroportuna qəza enişi edib

Bu gün iki təyyarə Varşavanın Şopen aeroportuna qəza enişi edib.

AZƏRTAC xəbər verir ki, hava limanının mətbuat xidmətinin yaydığı məlumata görə, birinci insident MD-11 yük təyyarəsi ilə bağlı olub. Enişdən sonra təyyarənin mühərriklərindən biri yanmağa başlayıb. Alov qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Yanğınsöndürənlərin işi ilə əlaqədar aeroportdan təyyarələrin yola salınması təxminən 30 dəqiqə dayandırılıb.

Elə həmin gün aeroporta LOT aviadaşıyıcısına məxsus Embraer sərnişin təyyarəsi də qəza enişi edib. “Kabinədə tüstülənmə baş verib. Təyyarə Varşavadan havaya qalxdıqdan az sonra aerodroma qayıdıb”, - məlumatda belə deyilir.

Göyərtədəki 96 sərnişindən heç biri xəsarət almayıb.