07 fevral 2019 18:34
155

İkinci Avropa Oyunlarına hazırlıq müzakirə edilib

Belarusun baş naziri, 2019-cu ildə Minskdə keçiriləcək ikinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Sergey Rumas və Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Yanes Kosiançiç Romada keçirilən görüşdə qarşıdakı multiidman tədbirinə hazırlığı müzakirə ediblər.

AZƏRTAC “Minsk 2019”a istinadla xəbər verir ki, Sergey Rumas EOC-un rəhbərinə Təşkilat Komitəsinin iclaslarının müntəzəm olaraq təşkil edildiyini və Oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Baş nazir qeyd edib ki, bütün təşkilati tədbirlər onun daim nəzarətindədir.

Yanes Kosiançiç öz növbəsində ikinci Avropa Oyunlarına hazırlıq işindən məmnun olduğunu bildirib.