28 yanvar 2019 17:58
289

İlham Əliyev-Paşinyan görüşü Davos Forumunun ən mühüm 33 hadisəsi sırasında

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş Davos Forumunun 33 əsas hadisəsindən biri hesab olunub

Davos Ümumdünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü forumun 33 əsas hadisəsi sırasına daxil edib.

Trend-in məlumatına görə, forumun veb-saytında dünyaya təsir göstərən 33 hadisənin siyahısı verilib.

Məlumatda deyilir: “Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların irəliləməsi üçün Ümumdünya İqtisadi Forumu zamanı görüşüb”.