25 noyabr 2020 18:31
1010

İlin ən yaxşı qapıçısı adına 6 namizəd

FİFA ilin ən yaxşı qapıçısı mükafatına namizəd oyunçuların siyahısını yayımlayıb.

"İki sahil" qurumun saytına istinadən xəbər verir ki, namizədlər sırasında aşağıda adları qeyd olunanlar yer alıb:

Alison Bekker ("Liverpul"), Tibo Kurtua ("Real" Madrid), Keylor Navas (PSJ), Manuel Noyer ("Bavariya"), Yan Oblak ("Atletiko"), Mark-Andre ter Ştegen ("Barselona").

Qeyd edək ki,  FİFA-nın ilin ən yaxşılarını mükafatlandıracağı mərasim 17 dekabrda onlayn keçiriləcək.