13 iyul 2020 13:25
842

İlk dəfə Superliqaya cıxdılar

Türkiyə birinci liqasında mövsümün sonuna bir həftə qalmış qalib müəyyən olunub.

“İki sahil” xəbər verir ki, 33-cü həftədə “Hatayspor” çempionluğunu rəsmiləşdirib. Sözügedən komanda səfərdə “Adanspor”u 2:1 məğlub etməklə buna nail olub.

Qeyd edək ki, 1967-ci ildə yaranan “Hatayspor” ilk dəfə Superliqaya vəsiqə qazanır.