18 may 2020 19:50
344

İlqar Mustafayev: Bütün bulvar ərazisi mütəmadi olaraq dezinfeksiya edilib

Yararsız atraksionlar bulvar ərazisindən çıxarılıb.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev deyib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvara giriş məhdudlaşdırıldığı müddət ərzində bulvar ərazisində maarifləndirici lövhələr asılıb və bütün bulvar ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılıb. Bulvar ərazisindən yararsız atraksionlar çıxarılıb: "Bulvarda müxtəlif nadir bitkilər var ki, dövlət tərəfindən qorunur. Ötən dövrdə bu bitkilərə də qulluq edilirdi. Bu gündən bulvarın fəaliyyəti bərpa olunub, ancaq bəzi məhdudiyyətlər mövcuddur. İnsanlar ictimai iaşə obyektlərində sosial məsafəni gözləməlidirlər. Masaların arasında məsafə 2 metrdən, insanlar arasında məsafə isə 1 metrdən az olmamalıdır".

İ.Mustafayev bildirib ki, hər an pandemiyanın yeni mərhələsi başlaya bilər, insanlar sosial məsuliyyəti dərk etməli və bu qaydalara əməl etməlidirlər.