09 avqust 2019 13:13
85

İmişlidə avtomobil motosikletçini vuraraq onun üstündən keçib

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki,, "Mercedes" markalı avtomobil hərəkətdə olan motosikletçinin vuraraq onun üzərindən keçib.

Hadisə nəticəsində motosikletin sürücüsü Şəmsəddin İsmayıl oğlu Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.