23 yanvar 2021 18:41
610

İmişlidə qanunsuz olaraq ov silahı daşıyan şəxslər tutulub

İmişlidə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarışları zamanı qanunsuz olaraq ov silahı gəzdirən iki şəxs saxlanılıb.

"İki sahil" xəbər verir ki, Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru Madər Quliyev AZƏRTAC-a bildirib ki, rayon ərazisində qanunsuz ov edən şəxslərin aşkarlanması üçün növbəti dəfə əməliyyat tədbirləri yerinə yetirilib.

Həmin zaman İmişli rayon Muradxanlı-Cəfərli kəndi istiqamətində hərəkətdə olan 11-VX-784 dövlət nömrə nişanlı “VAZ 2106” markalı şübhəli avtomobil saxlanılıb. Araşdırma vaxtı avtomobildə olan şəxslərdən - Qarayev Elşən Həsrət oğlu və Səfərli Fəxri Qalib oğlundan müvafiq icra orqanlarının icazəsi olmadan istifadə etdiyi iki ədəd ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.