15 yanvar 2021 19:25
1217

İnanılmaz olsa da faktdır: Məktəblilər də ixtiralar edirlər

Suyun təmizlənmə sistemi

Hindistan əhalisinin mütəmadi olaraq içməli su çatışmazlığından əziyyət çəkdiyi ölkələrdən biridir. Demək olar ki, bu ölkənin çaylarının 80% -dən çoxu tullantılar, təhlükəli bakteriyalar və zibillərlə çirklənmişdir. Hindistanın  palçıqlı suyundan bəzən istifadə edirlər və buna son qoymaq istəyən 14 yaşlı Dipiki Kurupun maraqlı ixtirası bu problemi aradan qaldıra bilər. 14 yaşlı qızcığaz günəş enerjisi ilə işləyən su təmizləmə sistemini icad edib.

Süzülmüş suyun gümüş fotokatalizator vasitəsi ilə günəş işığına məruz qalması əksər bakteriyaların 15 dəqiqə ərzində 100% məhv olması ilə nəticələndi. Bu yeni ixtirasına görə Dipiki Kurupa 25 min dollar mükafat verildi.

Ucuz əl protezi

Bir çox əlil insanlar protez almaq üçün uzun illər ərzində növbədə gözləməli olurlar, çünki adətən bu protezlərin qiyməti çox baha olub və kasıb insanlar onları  ala bilmir. Beləliklə, belə insanlara dəstək olmaq üçün 2019-cu ildə rusiyalı qız Dariya  Semina əl üçün biyonik protez hazırladı. Onun hazırladığı bu protez  bütün hərəkətləri yerinə yetirməyə qadirdir və ən əsası  əlil insanların həyatını  dəyişdirməyə qadirdir. Bu protez 3D çap printerində plastikdən hazırlanmışdı. Bu əl protezini hazırlayan Darinanın  cəmi  3 min rubl xərci çıxmışdır.Tam hazır olan bu implantın qiyməti təxminən 15 min rubl olacaq və bu, mövcud modellərdən daha ucuzdur. Edilən bu ixtiradan sonra əlillər bir neçə il ərzində protezlərlə tam təmin oluna bilər.

Metronu su daşqınlarından qoruyan mühafizə sistemi

Hamımızın bildiyimiz kimi, 2012-ci ildə baş verən dağıdıcı "Sandy" qasırğası Nyu-York metrosunun 25% -ni basdıqdan sonra amerikalılar gələcəkdə oxşar hadisələrin  təkrarlanmaması üçün müxtəlif yollara əl atdılar. Lakin iki 17 yaşlı gəncin etdiyi bir ixtira bu problemi kökündən çözdü. 2016-cı ildə Kayl  Mitra və Raymond Janis tənzimlənən qapağı olan bir metal barmaqlıq modeli hazırladılar. Qatar hərəkət etdikdə, təmiz hava ilə təmin etmək üçün dəmir barmaqlıqların  bir hissəsi qaldırılır. Fövqəladə hallarda həmin dəmir barmaqlıqlar bağlanaraq, su axınına mane olur.

Metronun bu barmaqlıqlar ilə modernləşdirilməsi daşqınlardan mühafizə olunmaq üçün əlverişli ola bilər və bu sistem   təmirdən nisbətən ucuz başa gələcək. Bundan əlavə, bu sistem Moskvadan Şanxaya qədər dünyanın istənilən metrosunda quraşdırıla bilər.

Yırtıcılardan qorunma sistemi

Afrikada aslanlar tez-tez heyvanlara hücum edirlər. Bu problem bir çox ailəyə təsir edir, çünki əksəriyyəti odlu silah ala bilmir. Bundan əlavə, aslanlar" Qırmızı Kitaba "daxil olub və onları vəhşicəsinə  öldürmək qadağandır, buna görə də Afrikada yaşayan əhali onlardan qorunmaq üçün başqa yollara əl atmalıdır.

13 yaşlı keniyalı Riçard Turere bu problemin  orijinal bir həllini  tapdı. Aslanların yalnız qaranlıqda hücum etdiyini görən yeniyetmə ,onların işıqdan qorxduğunu gördükdən sonra  oğlan hər tərəfə  günəş işığını xatırladan neon lampalarını asdı.

Onun tərtib etdiyi bu sistem gecə saatlarında işə salınaraq, gün doğana qədər işləyirdi. Bir yeniyetmə tərəfindən edilən bu ixtira bütün Keniyada məşhur oldu.

Galaktikolet

Rusiyalı məktəbli Ekaterina Truşeva maraqlı bir layihə hazırlayıb. Onun iddialarına görə, hazırladığı  kosmik gəmi vasitəsilə insanlar ən yaxın ulduz sistemi olan Alfa Sentavraya 50 min il ərzində deyil,42 ilə çata bilərlər.

Belə bir model qeyri-real görünsə belə, buna baxmayaraq, Ekaterina "NASA Rover Challenge" şirkətinə dəvət olunmuş üç rusiyalıdan biri oldu.Layihəsini bütün dünyaya göstərən məktəblinin bu ixtirası almanlar tərəfindən bəyənildi. Onların düşüncələrinə görə, bu layihəni tamamlamaq üçün çox az iş qaldı.

Samirə Tağıyeva, "İki sahil"