11 dekabr 2019 11:04
1279

İnanılmaz yerlər insanları heyrətəndirir

Gözəl planetimizdə,  hələ də bilmədiyimiz bir çox inanılmaz yerlər mövcuddur. Belə qəribə yerlər insanlara sirli olmaqla yanaşı, qəribə, hətta qorxunc gələ bilər. Nəfəs kəsən mənzərələri, rənglərin parlaqlığı və nəhəng formalarının şiddəti ilə şeçilən bu yerlərdən bəzilərini sizə təqdim edirik.

“Cədvəl Dağı Romayma”

Cənubi Amerikada yerləşən buludlarla örtülmüş bu mistik dağ keçilməz bataqlıqlar və sıx meşələri ilə sanki sirrini gizlətməyə çalışır. Qəribəliyi ilə seçilən bu nəhəng dağ Artur Konan Doylun “İtirilmiş dünya” romanında yer almışdır. Müəllifin sözlərinə görə, bu dağda eramızdan əvvəl qədim heyvanların yaşadığı xüsusi bir cəmiyyət təsvir edilmişdir. Alimlərin müşahidələrinə görə, bu mistik dağda bəşəriyyətin görmədiyi  qeyri-adi heyvanlar və heyrətamiz gözəlliyi ilə göz qamaşdıran bitkilər aşkar olunub.

İnanılmaz “Retba gölü”

Dünyanın inanılmaz təbiəti ilə seçilən qəribə yerlərindən biri Seneqalda, paytaxt Dakaradan 30 km məsafədə yerləşən çəhrayı rəngli məşhur “Retba gölü”dür. Qeyri -adiliyi ilə seçilən çəhrayı rəngdə olan “Retba gölü”nün suyu 3 km-ə qədər yayılır, su anbarının dərinliyi isə 3 metrə çatır. Lakin bu yer həmişə çəhrayı rəngdə olmayıb. 1970-ci illərdə quraqlıq zamanı, göl dayazlaşdıqda sonra mistik gölün suyu çəhrayı olmuşdur. Sonradan məlum olub ki, “Retba gölü”ndə heç kimin tanımadığı qədim sianobakteriyalar yaşayır. Burada duzun konsentrasiyası Ölü dənizdəki duzun miqdarından daha çoxdur. Buna görə də, yerli sakinlər bundan yararlanaraq duz istehsalını qururlar. Maraqlıdır ki, gün ərzində gölün suyu müxtəlif rənglərə boyana bilir. Suyun rənginin dəyişməsinə sianobakteriyaların fəaliyyəti təsir edir. Təəssüf ki, ildən- ilə göldə dayazlaşma müşahidə olduğuna görə, bu mistik və qeyri-adi gözəlliyi ilə insanları valeh edən bu göl məhv olmaq riskini yaşayır. Lakin biz ümid edirik ki, hələ uzun illər boyunca “Retba gölü” insanları nadir gözəlliyi ilə heyran etməyə davam edəcək.

“Səssizlik bölgəsi”

Yer üzündə ən qəribə məkanlardan biri olan “Səssizlik Bölgəsi” Himalay dağlarını, Bermud Şeytan Üçbucağını və Giza piramidalarını bir- biri ilə birləşdirir. Meksikada yerləşən bu sirli ərazidə saatların dayandığı və radioların işləmədiyi söylənilir.

“Kelimutu lənəti”

İndoneziyanın milli parkında bir vulkanın üzərində üç fərqli göl var. Bu göllərin maraqlı xüsusiyyətlərindən biridə odur ki, onlar rənglərini dəyişə bilirlər. Qədim inanclara görə, bu rəng dəyişimi ruhların əhvalını dəyişmələri ilə bağlıdır. Uzun illər boyu bu göllərin sirrini tapmaq mümkün olmayıb.

Alimlərin müşahidələrinə görə, qəribə olan rəng dəyişiminin əsas səbəbi gölün dibindən çıxan qazlardır. Gölməçələrin tamamilə fərqli çalarlar ilə boyanması insanların marağına səbəb olur. Gölməçələr tünd göy, al qırmızı və tünd yaşıl, ağ rənglərdə olur. Vulkanın üzərində olan dəyişiklikləri qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Göllərin hər birinin öz adı və hər birinin özünəməxsus sirlərlə dolu bir tarixçəsi var. Yerli sakinlərin danışdığı rəvayətlərə görə, göllərdən birinin adı “Yaşlılar gölü”dür. Onların sözlərinə görə, bura ölümündən sonra yalnız layiq olan ruhlar düşə bilər. Bu göl ağ və mavi rənglərdə olur. Digər göl “Tilsimlənmiş göl” adını daşıyır. Bura yalnız günahları çox olan insanların ruhları ilə doludur. Gölün rəngi al qırmızı və qara çalarlarda olur. Axırıncı göl isə “Gənclər gölü” adlanır. Bu göl yaşıl rəngdə olur və bura həyatını tez itirmiş gənclərin ruhları düşür. Yalnız bu gölün suyu bəzən buxarlana bilir. “Kelimut lənəti” öz heyratamiz gözəlliyi ilə hər kəsin böyük marağına səbəb olub.

Daşdan meşə

Çinin Şilin əyalətində həqiqi daşdan olan meşə var. Alimlərin fikirlərinə görə, bu qəribə meşənin 270 milyon ildən çox tarixi var. Maraqlıdır ki, lavanın püskürməsi nəticəsində yaranan bu nəhəng dağları kristal təmizliyində göllər, yaşıl çəmənliklər və bambuk bağları əhatə edir. Nəfəs alan əfsanələr ilə dolu bu meşə, mistik sirlər ilə əhatə olunub. Belə qeyri-adi atmosferə daxil olmaq istəyən insanlar bu daş birləşmələrinin yaratdığı labirintlərdə aza bilərlər.

“Vatnajokul buz mağaraları”

İslandiyanın Cənubi-Şərqində yerləşən bu mağaralar inanılmaz görüntüsü ilə insanları heyrətləndirir. Buzlardan ibarət dişlərə bənzəyən parçalar fərqli rənglər alaraq insanların marağını cəlb edir. Hər il əriyib, dəyişilən bu mağaralar fərqli yerlərdə əmələ gələrək turistləri özünə cəlb etməkdə davam edir.

“Qarğalar mağarası”

Heç fikir vermişdiniz ki, dünyada ən inanılmaz yerləri yüksək dağlarda və yaxud meşəliklərdə olur? Bəs maraqlıdır, mağaralar və yeraltı həyat haqqında nə qədər bilgimiz var? İnsanların illər öncə yaşadığı gizli həyatları haqqında “Qarğalar mağarası”na olan ekspedisiyalardan sonra öyrəndik. “Qarğalar mağarası” dünyanın ən dərin mağaralarından biridir. Onun dərinliyi 2196 metrdir. Mağara Abxaziyada, Arabika dağlarında yerləşir. Nəhəng mağaranın keçidləri böyük bir zindan birləşir və bu zindanda müxtəlif gözəl göllərdən ibarətdir. “Qarğalar mağarası” 1960-ci ildə tapıntılar nəticəsində ortaya çıxmışdır və uzun illər boyu tanınmış alimlərin maraq obyektinə çevrilmişdir. Burada yaşayan canlılar ultrasəs titrəyişləri qəbul edib, onları hiss edə bilirlər (əsasən yarasalara aiddir)

Samirə Tağıyeva, “İki sahil”