01 dekabr 2020 18:45
1126

İndi bircə  arzum var:  Atamın qəbrini ziyarət edim

Düz 28 il, 6 ay, 12 gün sonra bitdi onların ayrılığı. İndi onların illərlə gözlədikləri Vətən həsrəti artıq sevinc göz yaşına çevrilib.  Ay Laçın.  Can Laçın. Bu gün sən artıq əsir yurdu vəsf edən şeirlərdə, musiqilərdə yaşamırsan. Artıq bu gündən sənin abidələrin əsir deyil. Bu torpağın suyu və havası ilə böyümüş insanların uşaqlıqları, gənclikləri xoş xatirələri onların hər zaman ürəklərində yaşayıb. Bu gün qonağı oldugumuz Qədirovlar ailəsi kimi. Ailənin ağsaqqalı Maksim Qədirov vaxtilə Daxil İşlər Naziriliyin əməkdaşı olub. Kələbəcər və Laçında polis rəisi işləyib. Əmək fəaliyyətinə görə “İgidliyə görə” medalı ilə təltif olunan 74 yaşlı Maksim Qədirov duyğularının məskənindən, ata-babasının uyuduğu el-obasından, 28 ildə xəyallarında gəzdiyi dogma yurdunundan danışdı:

Maksim Qədirov:  Uzun müddət idi ki, Qarabağ torpaqları, o cümlədən Laçın işğal altındaydı. Mənim gəncliyim uşaqlığım Laçında keçib.  Mən uzun muddət Kəlbəcərdə polis rəisi işləmişəm. Bütün kəndlərini  bulaqlarını  tanıyıram. Bütün Kəlbəcəri qarış-qarış gəzmişəm, Laçın, Kəlbəcər -Qarabağ camaatı mərd olub. Bütün Azərbaycan torpaqları mənə əzidir. İndi bircə  arzum var,  atamın qəbrini ziyarət etməkdir. İstyrəm Laçına gedən kimi ilk arzumu gerçəkləşdirim (ağlayır).

Mən müharibənin nə oldugunu  yaxşı bilirəm. Ali Baş Komandana  Allahdan cansağlığı arzu edirəm, Onun sayəsində biz öz dogma dədə-baba yurdlarımıza qovuşduq. Azərbaycanın rəşadətli Ordusunun, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.  Allah  qazilərimizə  cansağlığı versin.”

Övladlarına Laçınlı xatirələrindən, hər dəfə danışdıqca ürəyi Vətən həsrətilə göynəyən Ruhiyyə Qədirova deyir ki, Laçının hər daşında, hər qayasında bir tarix yaşayır:  “Bu gun bizim en sevincili gunumuzdur. Neçə illər  bu günün həsrətini çəkmişik.  Biz doğma torpaqlarımıza geridə qayıdırq. Ən böyük sevinc ondadır ki, Biz öz   dede baba yurdumuza gedəciyik. Biz övladlarımıza çox böyük qürur hissi ilə  danışmışıq. Bizim  igidlər məskəni  laçın  oylağıdır  bizim Vətən.  Bu gun biz Laçına qayıtmağımıza Ali Baş Komandana, şəhidlərimizə  igid qazilərimizə borcluyuq.”

Bu gün təkcə Laçını görənlər sevinmir. Həm də Laçını görmüyən, oranın havasını udmayıb, suyunu içməyən, Laçınlıyam deyən gənclər də sevinir.

Laçınlı tələbə Əmiraslan Cabbarov isə deyir ki, uşaqlıqdan  həmişə ailədə Laçın Laçın  eşitmişik: “Məndə sual verirdim ki, biz ora nə vaxt  gedəcəyik.  İnşallah Laçın minalardan təmizlənsin,  məndə babamla ailəmlə Laçını gedib görərəm.  Yaşasın Müzəffər ordumuz. Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır. Laçın Azərbaycandır!”

Azərbaycanın Xalq şairi Məmməd Araz demişkən: “Yer üstündə xəzinələr, yer altında dəfinələr”.

Gözəllik gördüm Laçında,

Başı qarlı dağlar, dişgöynədən buz bulaqlar,

Uca qayalardan qəlbidə qiyyə vuran qartallar,

Saf qəlbli qonaqpərvər insanlar gördüm Laçında.

Biz də laçınlı Qədirovlar ailəsini şairin vəsf etdiyi kimi gördük. Başı qarlı Laçın dağları isə indi bizi gözləyir. Sən Azadsan Laçın. Tezliklə görüşəciyik!

Ruhiyyə İsrafilova, İTV-nin əməkdaşı