11 iyun 2019 10:12
283

İngiltərədə şiddətli yağışlar nəticəsində daşqınlar baş verib

İngiltərədə yağan şiddətli yağışlar nəticəsində meydana gələn daşqınlar nəqliyyatın hərəkəti üçün ciddi problemlər yaradıb. Güclü yağışlar nəticəsində Kinqston körpüsü iki saat ərzində nəqliyyatın hərəkəti üçün qapalı olub. Kent bölgəsində yollar su altında qalıb. Sürücülər yollardakı təhlükəli vəziyyət barədə məlumatlandırılıb.

Hava şəraiti ilə əlaqədar bir sıra idman yarışlarının keçirilməsi dayandırılıb.