19 may 2020 13:00
253

İnsan alverinə qarşı mübarizə istiqamətində ölkəmizdə ciddi şəkildə işlər görülür

Bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu gün narahatedici məsələlərdən biri gənclərin, xüsusilə də yetkinlik yaşına çatmayanların insan alverinin qurbanına çevrilməsidir: “Bəzi hallarda insanın özü və ailə üzvləri cinayətkarların şirin vədlərinə inanır, regionlardan paytaxta, habelə xarici ölkələrə aparılır”.

Spiker qeyd edib ki, Milli Məclisin qarşısına qoyulmuş məsələlərdən biri də cəmiyyətin inkişafı ilə bağlıdır:

“Son günlər ictimaiyyətin diqqətində olan 5 yeniyetmə qızın bir gənc qızı döyməsi, bunu sosial şəbəkələrdə paylaşması və barələrində cinayət işinin başlanmasıdır. O gənclərin həyatını təhlil edilərkən məlum olur ki, həmin qızlardan birinin anası insan alveri ilə məşğul olduğuna görə azadlıqdan məhrum edilib”. //Trend