14 may 2019 10:44
283

İnsan orqanizmi çox qəlizdir...

Aparılan elmi tədqiqatlar hər dəfə insan orqanizminin bir çox yeni xüsusiyyətlərini aşkar edir. Belə ki, insan  orqanizmi qəliz mexanizmə sahibdir.  Hansı ki, bu mexanizm bir-birinin işinə müxtəlif cür reaksiya verir. Təbiət müdrikdir və bizlər də onun bir hissəsiyik.

- Ən məşhur klasifikasiya ABO-dur. Bu sxemə əsasən bizim qanımız A,B, AB və ya O ola bilər. Bundan başqa , RH + və ya Rh - rezurslar da, mövcuddur. Bu, hər kəsə məlumdur və biz bununla razılaşırıq. Lakin bütün bunlara baxmayaraq orqanizmdə təxminən 10-15 tip qan mövcuddur.

- Əgər kiminsə qulaqlarının ölçüsü böyükdürsə, bu xəbər onu narahat edə bilər. Belə ki, ildən ilə qulaqlar dörddə bir millimetr böyüyür.

- İnsan dərisinin hər bir santimetrində təxminən 100 ağrı reseptoru və hissiyat mövcuddur.

- İnsan orqanizminin ən maraqlı faktlarından biri də odur ki, qan bir gün ərzində orqanizmdə 19312 kilometr məsafəyə bərabər dövr edir.

- Elm aşkar edib ki, qız uşaqlarında dad reseptorları daha çoxdur, nəinki oğlan uşaqlarında.

-  Bizlər həyatımızın 5 ilini göz qırpımında yaşayırıq. Bəli, bu belədir!  Xoşbəxtlikdən  gözümüzü qırpdığımız zaman başqa işlərlə məşğul ola bilirik.

-  İnsanın ağız boşluğunda olan bakteriyaların sayı dünyada olan insanların sayına bərabərdir. Onlardan bəziləri zərərlidir. Digərləri isə qidanın həzm olunmasına kömək edir. 

-  İnsan həyatının sonuna yaxın onun ömür müddəti ərzində qəbul etdiyi qidanın çəkisi 35 tona bərabər olur.

-  Ürəyin hərəkəti qeyri-ixtiyari baş verir. İllər keçdikcə ürəyimiz 35 milyon dəfə döyünəcək.

-  Heç ömrünüzdə bir dəfə də olsa düşünmüsünüz ki, insan orqanizmdə nə qədər sinir var? Ümumilikdə bütün sinirləri bir yerə toplasaq onların uzunluğu 75 kilometrə bərabər olar.

- Düşünmək, reaksiya vermək, hərəkət etmək, danışmaq, qaçmaq, gəzmək və s. hərəkətləri  etmək. üçün bizə beyin lazımdır. Biz sonsuz məlumatları orada toplayırıq. Bir dəqiqə ərzində beynə  təxminən 100 000 kimyəvi reaksiya tələb olunur.

- Tənəffüs göz qırpmaq kimi mexaniki, avtomatlaşmış və təxminən hiss olunmayan hərəkətdir. Yaşamaq üçün biz nəfəs almalıyıq. Gün ərzində insan 20000 dəfə nəfəs alıb verir. 

-  Hər kəs bilir ki, insan asqırdığı zaman gözlərini açıq şəkildə saxlaya bilmir. Bu ona görə belədir ki, insan asqırığı saatda 160 kilometr sürətlə baş verir.

- Əl izləri kimi hər bir insanın dili müxtəlifdir. Bu orqan ən yumşaq, lakin ən güclü orqandır.

- Hər dəfə bizlər ağlayanda üzün 43 əzələsi hərəkətə gəlir. Gülən zaman isə 47 əzələ hərəkətə gəlir.

- Bizim hüceyrələr  tez-tez dəyişir. Onlardan bir çoxu ölür və insanın bədəni onları çölə atır. Ən çox zərər görən əllərin, ayaqların, dirsəklərin, saçların dərisi olur. Gün ərzində insan dərisi 1 milyon hüceyrə itirir. Əgər onları bir yerə toplasaq bir ildən sonra onların çəkisi 2 kiloqrama bərabər olar. 

- Mütəxəssislərin fikirlərinə görə, insan beyni 10 milyon rəngi seçmək qabiliyyətinə malikdir.

- İnsan beyninin qəbul etdiyi məlumatın sürətini ölçmək mümkün olsaydı, rəqəm inanılmaz olardı. Mütəxəssislər hesab edir ki, beyin məlumatı saatda 400 kilometr sürətlə qeyd edir. 

Könül Cavid, “İki sahil”