15 iyul 2019 20:26
878

İnsan psixologiyası ilə bağlı maraqlı məqamlar

  • Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq. Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri vurulduğumuz adamla həll etmək, çatışmazlıqları onda tapmağa çalışırıq.
  • Həyatımızda baş verən müsbət hadisələr belə, məsələn, universiteti bitirmək, evlənmək və ya yeni işə başlamaq belə depressiyaya səbəb ola bilər.
  • Birinin nələrdən xoşu gəldiyini bilmək istəyirsinizsə, ona hədiyyə aldığınızı və nə olduğunu tapmasını istəyin. O, sizə istəklərini deyəcək.
  • Mütəxəssislərin müşahidələrinə görə mavi gözlü insanlar bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qonur gözlü insanlar isə eyni zamanda iki nəfəri sevə bilərlər. Yaşıl gözlü adamların aşiq olması üçün uzun müddət lazımdır, hətta bir ilə yaxın. Yerdə qalanlar üçünsə bir saat bəs edir.
  • Kişi və qadın arasında şahidlik baxımından fərqlər var. Məsələn, bir cinayətkar küçədə kiminsə çantasını qapıb qaçır, bunu görən qadın qurbanın üzünü yadda saxlayır, bunu görən kişi isə oğrunun.
  • Eyni vaxtda birdən çox işi görmək mümkün deyil. İnsanların çoxu bunu mümkün saysa da elmi araşdırmalar sübut edir ki, bir işdən daha çox işə diqqəti cəmləmək mümkün deyil. Fiziki işlər istisnadır. Məsələn, yeriyə-yeriyə telefonla danışmaq mümkündür. Bu halda ya yola, ya da telefondakına diqqət verməliyik.
  • Tez yatmaq üçün kürəyi üstə uzanın. Gözlərinizi bağlayın və göz bəbəklərinizi yuxarı qaldırın. Bu yuxu zamanı gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.
  • İnsanın yaddaşı ən yaxşı səhər 8-dən 12-ə kimi və axşam 9-dan sonra işləyir. Ən pis isə günortadan sonra.
  • Əgər hər tərəfi tərs göstərən eynək taxsanız, bir müddət sonra tərs velosiped də sürə bilərsiniz.

Röya Rasimqızı, “İki sahil”