29 oktyabr 2020 16:46
683

"İnter" Jervinyonu istəyir

İtaliyanın "İnter" klubu "Parma"da çıxış edən Jervinyonu heyətinə qatmağı planlaşdırır.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, Milan təmsilçisi əsas hücumçuları - Lautaro Martines və Romelu Lukakuya əvəzləyici axtarır.

Komandanın baş məşqçisi Antonio Konte 33 yaşlı kotdivuarlı forvardın keçidini istəyib. Afrikalı oyunçunun qış transfer dönəmində "İnter"ə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Jervinyo daha əvvəl "Roma"da çıxış edib. O, cari mövsüm 4 oyunda meydanda olub.