İtaliya A seriyasının 32-ci həftəsində "İnter" öz evində"Torino"ya 3:1 hesabı ilə qalib gəlib.
“İki sahil” xəbər verir ki, Milan şəhərinin təmsilçisi 17-ci dəqiqədə Belottinin qolu ilə hesabda geri düşüb. Bununla belə “İnter” 48-ci dəqiqə Ashley Young 51-ci dəqiqə Diego Godin və 61-ci dəqiqə Lautaro Martinezin qolları ilə qalib gəlməyi bacarıb.
Bu qələbədən sonra xalını 68-ə yüksəldən “İnter” 2-ci sırada qərarlaşıb.