14 oktyabr 2019 13:36
707

“İnter”in hücumçusu Aleksis Sançes üçün il erkən bitib

Çili milli komandasının və İtaliyanın “İnter” futbol klubunun hücumçusu Aleksis Sançes zədələnib.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı hücumçu Kolumbiya ilə yoldaşlıq görüşündə (0:0) sıradan çıxıb. Görüşün ikinci hissəsində zədələnən futbolçu oyunu davam etdirə bilməyib. Sançesin zədəsi ciddi olduğuna görə, o gələn ilin yanvarınadək meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “İnter”də icarə əsasında çıxış edən hücumçu cari mövsümdə İtaliya təmsilçisində keçirdiyi 4 oyunda bir dəfə fərqlənib.