06 noyabr 2019 15:21
97

İordaniyada naməlum şəxs ispan turistlərinə hücum edib

İordaniyanın Caraş şəhərində naməlum şəxsin hücumu nəticəsində beş nəfər, o cümlədən üç xarici turist xəsarət alıb.

AZƏRTAC “Rai Al Youm” qəzetinə istinadla xəbər verir ki, turist qrupunu müşayiət edən bələdçi və hücumun baş verdiyi tarixi obyektin mühafizəçisi də iti alətlə yaralanıb. Xəsarət alanların hamısı yerli hospitala çatdırılıb. Hücum edən şəxsin saxlanıldığı bildirilir.

İordaniyanın təhlükəsizlik xidmətlərində olan mənbənin məlumatına görə, xəsarət alan turistlər İspaniya vətəndaşlarıdır.

Hazırda polis insidentin baş verdiyi ərazini mühafizə altına alıb, hadisə ilə əlaqədar təhqiqat başlayıb.