13 fevral 2020 20:07
1242

“iPhone 11 Pro” ikiqat radiasiya yayır?

Tədqiqatçılar “iPhone 11 Pro”nun ikiqat artıq radiasiya yaydığını iddia edirlər

Kaliforniyada müstəqil fəaliyyət göstərən laboratoriyalardan biri “Apple iPhone 11 Pro”nun qanuni təhlükəsizlik limitindən iki dəfə artıq radiasiya yayır. Bu smartfonlar istifadəçiləri daha çox zərərli şüalarla üz-üzə qoyurmu?

Federal Kommunikasiya Komissiyası rəsmi saytında bildirib ki, satış üçün qəbul edilən heç bir telefon maksimum  radiasiya limitini ötə bilməz.

Lakin belə bir tərəddüdlü hal “Apple”ın ən çox satılan smartfonlarından biri olan “iPhone 7”də də baş vermişdi. 2019-cu ilin avqust ayında “Chicago tribune” tərəfindən aparılan tədqiqatlar həmin modelin qanuni təhlükəsizlik limitinə tabe olmadığını göstərmişdi.

Bu radiasiya göstəriciləri həqiqətənmi insan sağlamlığına təhlükə saçır?

2011-ci ilin may ayında Dünya Səhiyyə Təşkilatı telefonları mövcud kanserogenlər siyahısına daxil etdi və bununla bağlı daha çox tədqiqatların aparılmasının lazım gəldiyini açıqladı.

Ancaq ABŞ-ın Milli Onkologiya İnstitutu qamma, radon və rentgen şüalarından fərqli olaraq, telefon, mikrodalğalı soba kimi radioötürücü cihazların xərçəngə səbəb olmadığını bildirmişdi.  Radiasiyanın ionlaşdırılmasından fərqli olaraq, ionlaşdırılmamış radiasiya bədəndə kimyəvi əlaqələri parçalamır və xərçəng riski daşıması faktı da aşkar olunmamışdır.

Tədqiqatın nəticəsində göstərilir ki, sadəcə həmin cihazların hasil etdiyi enerji istilik formasında çıxır və həddindən artıq istifadəsi və qulağa yaxın tutulması beyində hüceyrələrin fəallığını artıra bilir.

Lakin Dünya Səhiyyə Təşkilatı hələ də bu sahədə tədqiqatların davam etdirilməli olduğunu bəyan edib.

Nubar Süleymanova, “İki sahil”