15 avqust 2019 11:43
192

İqtisadiyyat nazirinin müavini vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov avqustun 16-da saat 11:00-dan etibarən Masallıda (ünvan: Masallı şəhəri, Masallı Sənaye Məhəlləsi) bu rayondan olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün nazirliyin “[email protected]” elektron poçt ünvanı, (012) 493-14-56, (012) 310-28-00 (daxili 2308), (050) 968-78-89 nömrəli telefonlar (əlaqələndirici şəxs Vüqar Muradov), Nazirliyin “195-2” Çağrı Mərkəzi, həmçinin nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, İnzibati bina, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255-10-71, mobil (050) 235-01-07 elektron poçt ünvanı: “[email protected]” ) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və facebook vasitəsilə də qəbula yazılmaq mümkündür.