20 mart 2020 16:52
631

İqtisadiyyat Nazirliyində koronavirusla bağlı profilaktik tədbirlər görülür

Koronavirus infeksiyasının (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə yaradılmış hökumət komissiyasının təsdiq etdiyi Fəaliyyət Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyində profilaktik tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə infeksiyaya qarşı mübarizənin təşkil edilməsi, xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin daha da artırılması məqsədilə nazirlik əməkdaşları üçün təlimat hazırlanıb.

Təlimatda nəzərdə tutulan tədbirlərə ciddi əməl olunması barədə nazirliyin strukturlarına müvafiq göstəriş verilib.