15 avqust 2019 20:41
249

İran ilə Azərbaycanın əlaqələri səmimi dostluğa və qardaşlığa əsaslanır

Bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, qarşılıqlı iqtisadi əlaqələr inkişaf etməkdədir. Hər iki ölkənin prezidentinin nümayiş etdirdiyi siyasi iradə bu gün fayda verir. İran ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayırlar. Bu dəhlizin dəmir yolları İran və Azərbaycandan keçərək Avropaya qədər uzanacaq. Hazırda dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara (İran)-Astara (Azərbaycan) hissəsində isə inşaat işləri davam edir. Bu yol istifadəyə verildikdən sonra iki qonşu və dost dövlətlər arasında iqtisadiyyat, ticarət, mədəniyyət, turizm sahələrindəki əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Bu beynəlxalq nəqliyyat layihəsindən təkcə İran ilə Azərbaycan deyil, bölgənin digər dövlətləri də faydalanacaqlar.

Mahmud Vaezi diqqətə çatdırıb ki, hər iki ölkənin prezidenti arasında dostluq münasibəti var və bu dövlətlərarası əlaqələrə də müsbət təsir göstərir. Azərbaycan İranın önəm verdiyi qonşu dövlətdir.