13 may 2019 13:36
81

İran ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib

Mayın 13-də İrana səfərə gələn Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu ölkənin idman və gənclər naziri Məsud Soltanifər və Milli Olimpiya Komitəsinin sədri Salehi Əmiri ilə görüşüb.

Görüşlərdə iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Nazir A.Rəhimov İranın Milli Olimpiya Komitəsinin Paralimpiya komitəsi və “Azadi” İdman Kompleksi ilə tanış olub.