23 may 2019 11:18
276

İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb

İranın “Nasernews.ir” informasiya portalında Bakının beynəlxalq aeroportu barədə material dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda Heydər Əliyev Beynəlxalq Aeroportunun ən müasir standartlar əsasında tikildiyi bildirilir. Qeyd olunur ki, özünəməxsus unikal memarlığı ilə seçilən aeroport şəhərdən 20 kilometr uzaqlıqda yerləşir.

Mütəxəssislərin fikrincə, Bakı aeroportu dünyanın ən böyük və ən ağır təyyarələrini qəbul etmək iqtidarına malikdir.