22 avqust 2019 12:01
962

İran yeni “Bavar-373” zenit-raket kompleksini nümayiş etdirib

İran yeni “Bavar-373” zenit-raket kompleksini nümayiş etdirib, AZƏRTAC Tasnim informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Həsən Ruhaninin mətbuat xidməti məlumat yayıb.

Zenit-raket kompleksi ilə yerində tanış olan İran Prezidenti deyib ki, bu yeni sistem ölkənin etibarlı müdafiəsi sahəsində unikaldır. O əlavə edib: “Bizim yeni zenit-raket kompleksimiz öz xarakteristikasına görə Rusiyanın S-400 sisteminə daha yaxındır”. H.Ruhani qeyd edib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq, hazırda İranın hərbi sənaye kompleksi uğurla fəaliyyət göstərir.

“Bavar-373” zenit-raket kompleksi İranın müdafiə sənayesi günü münasibətilə keçirilən mərasimdə nümayiş etdirilib.