10 fevral 2020 20:29
443

İran yeni nəsil raket silahını təqdim edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) uzaq hədəfləri vurmaq üçün istehsal olunan yeni nəsil raketi təqdim edib.

“Raad” adlanan yeni silah ötən il təqdim edilən “Fatih” raketinin əsasında yaradılıb.

Təqdimat mərasimində SEPAH-ın komandanı general Hüseyn Səlami raket haqqında ətraflı məlumat verməyib. General nəzərə çatdırıb ki, yeni raket 200 kilometr məsafədəki hədəfləri dəqiqliklə vurmaq imkanına malikdir.

Yeni raket SEPAH-ın Hava Hücumundan Müdafiə Qüvvələrinin sərəncamına verilib.

General bəyan edib ki, İranın Ali Rəhbərinin tövsiyəsinə uyğun olaraq, İran ordusu ildən-ilə arsenalını təkmilləşdirir.

Xatırladaq ki, Ali Rəhbər Əli Xamenei yüksək rütbəli zabitlərlə görüşdə demişdi ki, sülh istəyirsənsə müharibəyə hazır olmalısan.