12 fevral 2020 21:46
506

İran “Zəfər 2” peykini kosmosa göndərəcək

İran may-iyun aylarında “Zəfər 2” peykini kosmosa göndərəcək.

Bunu İranın rabitə və informasiya texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cəhromi jurnalistlərə açıqlamasında deyib.

M.C.Azəri Cəhrominin sözlərinə görə, bununla əlaqədar “Simurq” raketi hazırlanmaqdadır.

Azəri Cəhromi əlavə edib ki, “Zəfər 2” peyki “Zəfər 1” peykinə çox bənzəyir, lakin kamerası daha güclüdür.

Qeyd edək ki, İran 9 fevralda “Zəfər 1” peykini kosmosa göndərib. Lakin peyk lazımi sürəti yığa bilmədiyi üçün uğursuzluqla nəticələnib.

Əlavə edək ki, Zəfər 1 və Zəfər 2 peyklərinin istehsalına 2 milyon avroya qədər vəsait xərclənib. Peykin göndərəcəyi kadrların dəyəri isə 10 milyon avrodan çoxdur. Peykin fəaliyyət müddəti orta hesabla 2,5 ildir. İranın Zəfər peykinin çəkisi 113 kiloqramdır. Peykin orbitə göndərilməsində məqsədin İranın neft ehtiyatları, kənd təsərrüfatı, meşəlik və göllərdə baş verən dəyişikliklər üzrə xəritələri yeniləməkdir. //Trend