15 iyul 2020 18:57
1155

İranda 140 həkim koronavirusdan ölüb

İranda 140 həkim və sanitar koronavirusdan dünyasını dəyişib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sadat Lari bildirib.

"Təxminən beş aydır ki, ölkəmiz koronavirus pandemiyası ilə yaşayır. Tibb heyəti xəstələrin müalicəsini davam etdirərək virusu nəzarətdə saxlamaq üçün davamlı səy göstərir. Bununla, beş min həkim və sanitarımız COVID-19-a yoluxub. Təəssüf ki, onlardan 140-ı virusun qurbanı olub".

İran Prezidenti Həsən Ruhani isə bildirib ki, ölkəsi koronavirusun ikinci dalğasını yaşayır.