29 sentyabr 2020 15:02
741

İranda 207 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 207 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 25 986 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 677 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 453 637 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 079 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari bildirib ki, indiyədək İranda 378 727 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,98 milyondan çox diaqnoz testi həyata keçirilib.