25 sentyabr 2020 15:18
646

İranda 4023 yeni yoluxma

İranda ötən sutka ərzində 207 nəfər koronavirusdan (COVID-19) ölüb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 25222 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində  4023  nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 439882  nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək  369842 nəfər  koronavirusdan sağalıb.