12 yanvar 2020 15:30
243

İranda aramsız yağışlar ağır fəsadlar yaradıb

Ötən gündən başlayaraq yağan aramsız yağışlar İranın Hörmüzgan vilayətində ağır fəsadlar yaradıb.
AZƏRTAC xəbər verir ki, sel sularının yaşayış məntəqələrini basması nəticəsində evlərə və əkin sahələrinə ciddi ziyan dəyib. Məktəblər və bəzi dövlət idarələri müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Yolların təmizlənməsi və sel sularının qarşısının alması məqsədi ilə bəndlərin yaradılması üçün vilayətə xüsusi texnika gətirilib.