03 dekabr 2019 20:01
123

İranda hərbi hissələrə hücum edən şəxslər həbs olunub

İranda benzinin qiymətinin artırılması ilə əlaqədar ölkənin bəzi şəhərlərində keçirilən kütləvi etiraz aksiyaları zamanı hərbi hissələrə və polis idarələrinə hücumlar olub.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu kimi cinayətlərdə iştirak etməkdə şübhəli bilinən 80 nəfər həbs edilib. Onların bir neçəsinin xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqəli fəaliyyət göstərərək müvafiq göstərişlər aldıqları ehtimal olunur. Bu göstərişlərə əsasən, öyrədilmiş adamlar iğtişaşlar zamanı hərbi hissələrə daxil olub partlayış törətməli və İran ordusunun zəifliyini göstərməli idilər. Həmin şəxslər hərbi hissələrə daxil olmağa cəhd etsələr də, onların qarşısı alınıb. Onlar təhlükəsizlik kameraları vasitəsilə müəyyən olunaraq həbs ediliblər.