30 sentyabr 2020 22:22
712

İranda koronavirusdan ölənlərin sayı 26 mini ötüb

Son sutka ərzində İranda 3 min 582 nəfər koronavirusa yoluxub, 183 nəfər isə həyatını itirib.

"İki sahil" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumatı İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib.

Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 457 min 219, yoluxaraq ölənlərin sayı isə 26 min 169-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 4 min 93 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 380 min 956 nəfər isə sağalaraq evə buraxılıb.