02 avqust 2020 14:41
384

İranda silahlı qruplaşma məhv edilib

İranın Qərbi Azərbaycan vilayətində xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşma zərərsizləşdirilib.

Bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, əməliyyat nəticəsində 1,1 ton narkotik vasitə olan heroin müsadirə edilib. Silahlı toqquşma zamanı silahlı qruplaşmanın Avropadan olan rəhbəri öldürülüb, 7 nəfər həbs edilib.

Diqqətə çatdırılıb ki, qruplaşma İran ərazisindən tranzit yol kimi istifadə edərək narkotik vasitəni Türkiyəyə oradan isə Avropaya daşımağa cəhd ediblər. Araşdırma aparılır və qruplaşmanın İran ərazısindəki əlaqələri müəyyən edilir. //AZƏRTAC