08 iyul 2020 15:07
554

İranda sutka ərzində koronavirusdan 153 nəfər ölüb

İranın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son 24 saat ərzində koronavirusdan 153 nəfər vəfat edib.

Sutka ərzində İranda 2691 nəfər virusa yoluxub. Bununla da İranda virusa yoluxanların sayı 248 min 379 nəfərə, ölənlərin sayı isə 12 min 84-ə çatıb. Eni zamanda, 209 min 463 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb. İntensiv terapiyada müalicəsini davam etdirən 3309 nəfərin vəziyyəti isə ağır olaraq qalır. //AZƏRTAC