15 avqust 2019 14:08
204

İranda təlim təyyarəsi qəzaya uğrayıb

İranın Səmnan vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC İran KİV-lərinə istinadla xəbər verir ki, qəza nəticəsində iki heyət üzvü həlak olub. Hava limanından 200 metr məsafədə baş vermiş qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.