25 iyun 2019 11:52
803

İranda terrorçu qruplaşma məhv edilib

İranın Qərbi Azərbaycan vilayətinin Çaldıran şəhərində terrorçu qruplaşma məhv edilib.

AZƏRTAC İran İslam İnqilabının Keşikçiləri Korpusunun yaydığı məlumata əsasən xəbər verir ki, silahlı qruplaşmanın məqsədi İran ərazisinə daxil olub terror aktları törətmək olub.

Məlumatda bildirilir ki, əməliyyat zamanı terrorçularla silahlı insident baş verib. Terrorçulardan 2 nəfəri məhv edilib, 1 nəfəri isə yaxalanıb. Əməliyyat zamanı 2 nəfər iranlı əsgər yaralanıb.