13 may 2019 18:06
215

İranda təyyarə qəzası baş verib

İranın Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcı təyyarəsi qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, təlim uçuşundan qayıdan təyyarənin İsfahanın Şəhid Babayi hava limanına enişi zamanı təkərləri açılmayıb. Pilot təyyarəni yenidən havaya qaldırmağa çalışsa da, buna nail ola bilməyib. Pilotlar katapult vasitəsilə təyyarəni tərk etməyə müvəffəq olublar.

Hadisə yerinə gələn mütəxəssislər araşdırma aparırlar.