10 noyabr 2019 17:22
720

İranda yeni neft yatağı aşkarlanıb

İranın Xuzistan vilayətində böyük miqdarda neft ehtiyatı olan yataq aşkar edilib.

Bu barədə İranın Prezidenti Həsən Ruhani məlumat verib.

Yəzd şəhərinə səfər edən Prezident xalq qarşısında çıxış edərək bəyan edib ki, Xuzistanda aşkar edilən yeni neft yatağı 53 milyard barrel xam neft ehtiyatına malikdir.