11 noyabr 2019 14:07
1072

İrandakı zəlzələ Culfa və Ordubadda da hiss edilib

Yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 103km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.

Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.

Qeyd edək ki, noyabrın 8-də yerli vaxtla saat 02:47-də İran ərazisində baş verən zəlzələ də Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilmişdi.